“Nyukasl” futbolçuları Jonjo Şelvi və Mett Riçi ilə yeni müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hər iki yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Həm Şelvi, həm də Riçi 2016-cı ilin yayından “Nyukasl”da forma geyinir.

