Şparqalkadan istifadə etdi, penaltiləri qaytardı - FOTO

5 Mart 2020 22:10 İngiltərə 1 117
Şparqalkadan istifadə etdi, penaltiləri qaytardı - FOTO

"Norviç"in qapıçısı Tim Krulun İngiltərə kubokunun 1/8 finalında "Tottenhem"lə matçda şparqalkadan istifadə etdiyi məlum olub.

Sportinfo.az xəbər verir ki, görüşün qəhramanının penaltilər seriyasında şparqalka sayəsində penaltiləri qaytarıb.

Belə ki, 31 yaşlı qolkiper Troy Parrott və Jedson Fernandeşin zərbələrindən əvvəl şüşə butulkadan su içib. Sonradan məlum olub ki, həmin butulkanın üzərində "Tottenhem"in futbolçularının penaltini hansı künclərə vuracağı yazılıb.

"Norviç" əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 3:2 qalib gələrək növbəti mərhələyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM