"Bir çox keçmiş oyunçu mənim yerimdə olmağı arzulayır"

5 Mart 2020 16:28 İngiltərə 439
"Bir çox keçmiş oyunçu mənim yerimdə olmağı arzulayır"

İngiltərə Liqa Kubokunun 1/8 finalında “Derbi Kountri” ilə qarşılaşacaq "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer rəqibin forvardı Ueyn Runi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, norveçli mütəxəssis onu "qırmızı şeytanlar"ın tarixində ən yaxşı hücumçu olduğunu açıqlayıb:

“Runi gələcəkdə "Mançester Yunayted" in baş məşqçisi ola bilər. Bu onun istək və çalışmasından asılıdır. Futbol insana ikinci bir həyat verir. Əminəm ki, bir çox keçmiş oyunçu mənim yerimdə olmağı arzulayır”.

"Derbi Kountri” –“Mançester Yunayted” qarşılaşması bu gün keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti