Təxirə salınan “Mançester Siti” – “Arsenal” oyununun vaxtı bilindi

4 Mart 2020 15:05 İngiltərə 427
Təxirə salınan “Mançester Siti” – “Arsenal” oyununun vaxtı bilindi

İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınan “Mançester Siti” – “Arsenal” matçının keçirilmə vaxtı məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb. Martın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Premyer Liqanın 28-ci turunun martın 1-də keçirilməli olan “Mançester Siti” – “Arsenal” oyunu “şəhərlilər”in İngiltərə Liqa kubokunun finalı çərçivəsində “Aston Villa” ilə matçının olması səbəbindən təxirə salınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"