“Liverpul”u məğlub etmək üçün kimdən ilham alıblar?

3 Mart 2020 15:56 İngiltərə 625
“Liverpul”u məğlub etmək üçün kimdən ilham alıblar?

İngiltərə Premyer Liqasında cari mövsümdə “Liverpul”u ilk dəfə “Uotford” məğlub etməyi bacardı – 3:0.

Sportinfo.az xəbər verir ki, qollardan birini “Uotford”un kapitanı Troy Dini vurub. O, “Liverpul”u məğlub etmək üçün kimdən nümunə götürdüklərini açıqlayıb:

“Biz Tayson Fyuridən ilham aldıq. Fikirləşdik ki, irəli gedəcəyik və onları məğlub edəcəyik.

Biz çox yaxşı idik, onlar isə əksinə. Biz əlimizə düşən bu şansdan yararlandıq, başqa nə deyəcəyimi bilmirəm. Rəqibə qarşı hörmətsizlik etmək istəmirəm”.

Tayson Fyuri Uaylderlə döyüşü hücum üslubunda keçirərək texniki nokautla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti