"Onlar belə şeylərə inanacaq qədər axmaq deyil”

3 Mart 2020 15:42 İngiltərə 546
"Onlar belə şeylərə inanacaq qədər axmaq deyil”

Koronavirusa görə İngiltərə Premyer Liqasının vaxtından əvvəl dayandırıla biləcəyi ilə bağlı məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki,epidemiya sürətlə yayılacağı təqdirdə, İngiltərə Premyer Liqasının qalan oyunları keçirilməyə bilər.

Belə olacağı təqdirdə, mükafatlandırma da olmayacaq. “Liverpul”un baş məşqçisi Yurgen Klopp bu xəbərə münasibət bildirib:

“Bizim azarkeşlər axmaq deyillər. Onlarla tez-tez söhbət edirəm. Azarkeşlərimizin bu barədə düşündüklərini belə təsəvvür etmirəm.

Yaxşı deyək ki, qalan oyunları keçirmədilər. Onda mənə kim deyə bilər ki, gələn mövsüm Çempionlar Liqasında hansı komandalar oynayacaq?

Yaxşı hekayədir. Təbii ki, bəzi qəzetlər həmişə belə şeylər uydurular. İlk dəfə bu haqda oxuyanda özümə belə sual verdim: “Yəni doğrudan kimsə bu haqda düşünür?” “Liverpul” azarkeşləri belə şeylərə inanacaq qədər axmaq deyillər”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!