Bu hücumçu pul qoyuluşuna görə futboldan kənarlaşdırıldı

3 Mart 2020 00:56 İngiltərə 1 038
Bu hücumçu pul qoyuluşuna görə futboldan kənarlaşdırıldı

İngiltərə millisinin və "Trabzonspor"un sabiq hücumçusu Deniel Starric futbolla bağlı istənilən fəaliyyətdən kənarlaşdırılıb.

Sportinfo.az-ın İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytına istinadən verdiyi məlumata görə, cəza iyunun 17-dək qüvvədə olacaq.

2019-cu ilin iyununda FA Starrici pul qoyuluşu barədə qaydaları pozmaqda günahkar bilib. Nəticədə forvard 4 həftəsi şərti olmaqla, 6 həftə müddətinə diskvalifikasiyaya və 75 min funt sterlinq (83,5 min avro) cəriməyə məruz qalıb.

Təşkilatın apellyasiya komissiyası qərara yenidən baxıb və əvvəllər rədd edilmiş daha 2 qayda pozuntusu epizodunu sübuta yetirib. Beləliklə, Starricin cəzası sərtləşdirilib. Kənarlaşdırılmadan əlavə, o, 150 min funt sterlinq (170 min avro) cərimə ödəyəcək.

2018-ci ilin yanvarında Deniel Starric İspaniya "Sevilya"sı ilə danışıqlar apardığını söyləyərək, qardaşı Leondan bu keçidə pul qoymasını xahiş edib.

Yekunda o, İspaniyaya yox, İngiltərə "Vest Bromviç"inə qısamüddətli icarəyə yollanıb. "Trabzonspor" ötən həftəsonu Starriclə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti