İngiltərə Liqa Kubokunun qalibi - “Mançester Siti”

2 Mart 2020 01:06 İngiltərə 840
İngiltərə Liqa Kubokunun qalibi - “Mançester Siti”

İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici oyunda “Mançester Siti” ilə “Aston Villa” komandaları qarşılaşıb.

Londonun “Uembli” stadionunda keçirilən matçda qapılara üç qol vurulub. “Mançester Siti" 2:1 hesablı qələbə ilə baş mükafata sahib çıxıb.

"Mançester Siti” ardıcıl 3-cü dəfə Liqa Kubokunun qalibi olur. Bütövlükdə isə “şəhərlilər” 7-ci dəfədi bu turnirin ən güclüsü adını qazanırlar.

"Aston Villa" – "Mançester Siti" 1:2

Qol: Samatta, 41 - Aquero, 20. Rodri, 30.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM