Paytaxt klubu Hakimi 40 milyon avroya transfer etdi

24 Fevral 2020 09:56 İngiltərə 1 167
Paytaxt klubu Hakimi 40 milyon avroya transfer etdi

"Çelsi" "Ayaks"ın futbolçusu Hakim Ziyeşin transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yaşlı yarımmüdafiəçinin müqaviləsi 5 il müddətinə nəzərdə tutulub.

Mərakeşli oyunçu mövsümün sonuna kimi "Ayaks"da çıxış edəcək. O, iyulun 1-dən London təmsilçisinə qoşulacaq. Ziyeşin transfer məbləği 40 milyon avrodur. Lakin bonuslarla birgə bu məbləğ daha 4 milyon arta bilər.

Hakim Ziyeş "Ayaks"da 2016-cı ildən çıxış edir. O, cari mövsüm ərzində bütün yarışlarda 32 oyuna 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti