"Qızıl Top"u yalnız hücumçular almalı deyil" - KAFUDAN ETİRAZ

16 Fevral 2020 16:35 İngiltərə 1 461
"Qızıl Top"u yalnız hücumçular almalı deyil" - KAFUDAN ETİRAZ

Dünya futbolunun əfsanəvi futbolçularından olmuş braziliyalı Kafu "Liverpul"un gənc oyunçusu Trent Aleksander-Arnoldu tərifləyib.

Sportinfo.az xəbər verir ki, Kafu gənc müdafiəçini "Qızıl Top" mükafatını almağa layiq sayır.

"Son illər formalaşan "Qızıl Top"u yalnız hücumameylli futbolçular almalıdır" fikrini dəyişmək vaxtı çatıb. İnsanlar görməlidir ki, müdafiəşilər də hücumçular kimi vacib fiqurdur.

Mənim namizədim isə Aleksander-Arnolddur. Onda böyük potensial var. Əla futbolçudur. Mən ona sadə bir məsləhət verərdim: indiyə qədər necə oynayıbsa, elə o üslubda da davam etsin. Nəyisə dəyişmək lazım deyil".

Xatırladaq ki, Kafu futbol oynadığı dönəmdə dünyanın ən yaxşı müdafiəçilərindən biri olub.

Digər Xəbərlər
Xəbər Lenti