"Çempionlar Liqasında nə qədər irəliləyəcəyimizi deyə bilmərik"

15 Fevral 2020 16:28 İngiltərə 505
"Çempionlar Liqasında nə qədər irəliləyəcəyimizi deyə bilmərik"

"Liverpul”un baş məşqçisi Yurgen Klopp yenidən Çempionlar Liqasını qazana biləcəyi ilə bağlı suala cavab verib.

“Liverpul” ÇL-nin 1/16 final mərhələsində “Atletiko” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis hazırda bu barədə düşünmədiklərini bildirib: "Çempionlar Liqasında nə qədər irəliləyəcəyimizi bilə bilmərik, bu günə qədər bu barədə düşünməmişik.

İndi yalnız diqqətimizi çərşənbə axşamı “Atletiko”ya qarşı keçiriləcək oyuna yönəltməliyik. Yenidən Çempionlar Liqasını qazana biləcəyimiz barədə bir fikrim yoxdur, amma buna hazır olmalıyıq.

Biz keçən il göstərdik ki, ən yaxşını belə məğlub edə bilərik. Düzdür, bu, qalib gələcəyimizi ifadə etməsə də, bunu bacara biləcəyimizi göstərir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"