Qvardiola indi hara gedir?

15 Fevral 2020 12:44 İngiltərə 1 006
Qvardiola indi hara gedir?

"Mançester Siti" nin baş məşqçisi Pep Qvardiola 2020-21 mövsümünün başlamazdan əvvəl komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, İspaniyadakı bukmeker kontorları təcrübəli mütəxəssisin ingilis klubundan ayrılma ehtimalını 50 faiz səviyyəsində qiymətləndirirlər.

Dünən UEFA Mançester təmsilçisini iki il avrokuboklardan uzaqlaşdırdı. Buna səbəb klubun maliyyə feyr-pley qaydalarını pozması olub. Bu gün isə Britaniya mətbuatı Qvardiolanın İngilətərdəki son mövsümü olduğunu yazır.

Qvardiola 2016-cı ildən "şəhərlilər"in baş məşqçisidir. O, bu müddət ərzində iki dəfə İngiltərə çempionluğu yaşayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti