“Mançester Yunayted”in yarımmüdafiəçisi Fred komandanın vəziyyəti ilə bağlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, braziliyalı “qırmızı şeytanlar”ın uğursuzluğunun səbəbləri haqqında danışıb:
“Məncə, bizim ən böyük problemimiz komanda olaraq bir ola bilməməyimizdir. Birlik baxımından əskiklərimiz var.
Bundan başqa, yarımmüdafiə xəttində də yaradıcı futbolçumuz yoxdur. Baş məşqçimiz çox yaxşı mütəxəssisdir. Hər məşqçidə və futbolçuda uğursuzluğun olması normaldır”.
Cari mövsümdə keçirdiyi 25 turdan sonra 35 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

