“Çoxlu stadionlar var, niyə bizim arenada?”

9 Fevral 2020 16:00 İngiltərə 923
“Çoxlu stadionlar var, niyə bizim arenada?”

“Everton”un baş məşqçisi Karlo Ançelotti maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Sky Sports”a danışan italyan mütəxəssis “Liverpul”un çempionluğu haqda danışıb:

“Düşünürəm ki, “Liverpul” Premyer Liqanı qazanacaq. Ümid edirəm ki, bunu “Qudison Park”da elan etməzlər. Çoxlu stadionlar var, niyə bizim arenada?”

Mersisaydı təmsil edən “Everton” və “Liverpul” klubları əzəli rəqibdirlər. “Everton” ev oyunlarını “Qudison Park”da keçirir. Premyer Liqada lider olan “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti”dən 22 xal qabaqdadır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM