“Arsenal”la “Tottenhem” onun üçün hazır dayanıb

9 Fevral 2020 00:14 İngiltərə 1 015
“Arsenal”la “Tottenhem” onun üçün hazır dayanıb

“Liverpul”un yarımmüdafiəçisi Adam Lallana Premyer Liqanın iki təmsilçisinin hədəfindədir.

Sportinfo.az xəbər verir ki, “qırmızılar”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq 31 yaşlı futbolçu “Tottenhem” və “Arsenal”ın hədəfindədir.

“Liverpul”un yeni müqavilə təklif etmədiyi futbolçu, yayda istədiyi kluba azad agent kimi qoşula bilər. Hər iki klubun futbolçuyla danışıqlara hazır olduğu bildirilir.

2014-cü ildən Mersisayd klubunun şərəfini qoruyan İngiltərə millisinin sabiq üzvü, cari mövsümdə iştirak etdiyi 19 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM