Qvardiolanın 45 milyon avroluq müdafiəçi istəyi

9 Fevral 2020 00:00 İngiltərə 1 985
Qvardiolanın 45 milyon avroluq müdafiəçi istəyi

“Mançester Siti” yayda heyətini müdafiəçi ilə gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” “Vilyarreal”ın futbolçusu Pau Torresin xidmətində maraqlıdır.

İngiltərə klubunun baş məşqçisi Pep Qvardiolanın yay transfer dövründə müdafiəçinin keçidini həll etmək istədiyi bildirilir. İspan futbolçunun təzminat məbləğinin 45 milyon avro olduğu deyilir.

“Vilyarreal”ın yetirməsi olan 23 yaşlı futbolçu, cari mövsümdə keçirdiyi 22 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2024-cü ilin iyulunadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM