Premyer Liqada yay transfer dönəmi uzadıldı

6 Fevral 2020 22:00 İngiltərə 821
Premyer Liqada yay transfer dönəmi uzadıldı

İngiltərə Premyer Liqasında yay transfer dövrünün vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, britaniyalılar yay transfer dönəminin uzadılmasına qərar veriblər.

Belə ki, klublar “transfer pəncərəsi”nin əvvəlki tarixlərə qayıtmasını dəstəkləyiblər. Bundan sonra ingilislər də bu müddəti digər aparıcı Avropa çempionatlarının şərtlərinə uyğunlaşdıracaqlar. Transfer dönəmi sentyabrın 1-də başa çatacaq.

Premyer Liqada son iki mövsümdə yay "transfer pəncərəsi" 1-ci turun açılış oyunundan bir gün əvvəl, yəni avqustda bağlanırdı. Hazırda İngiltərə Premyer Liqasında "Liverpul" 73 xalla liderdi, ikinci yerdə qərarlaşan "Mançester Siti"nin isə 51 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM