“Çelsi”nin sabiq futbolçusu Eydur Qudyonsen Odino İqalonun “Mançester Yunayted”ə keçidindən danışıb.
Sportinfo.az xəbər verir ki, Eydur MY-nin zəif çıxış etməsinin hücumçuların da mövqeyinə təsir etdiyini bildirib. O, güclü hücumçuların “Mançester Yunayted”ə keçmək istəmədiyini vurğulayıb:
“Düşünürəm ki, MY-nin başqa variantı olmadığı üçün İqalonu transfer edib. Qış transfer pəncərəsi zamanı hansısa güclü hücumçunu tapmaq mümkünsüzdür.
Üstəlik, hazırda güclü hücumçular bu kluba keçmək istəmirlər. Bu amili də nəzərə almaq vacibdir”.
“Mançester Yunayted” 30 yaşlı İqalonu Çinin “Şanxay Şenxua” klubundan mövsümün sonuna qədər icarəyə götürüb. O, əvvəllər Premyer Liqada “Uotford”un şərəfini qoruyub.

