“Mançester Yunayted”in yeni transferi Odion İqalo uşaq evi tikdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu “The Sun” nəşrinə danışan zaman deyib.
O, Nigeriyada uşaq evinin tikintisi üçün 1 milyon funt-sterlinq xərclədiyini bildirib.
Karyerası ərzində “Qranada”, “Udineze”, “Uotford” kimi klubların formasını geyinən İqalo “Mançester Yunayted”ə icarə əsasında Çin “Şanxay Şenxua”sından keçib. Onun “qırmızı şeytanlar”la müqaviləsi mövsümün sonuna qədərdir.

