Bəlkə yeni mövsümə indi başlasınlar?

3 Fevral 2020 18:01 İngiltərə 823
Bəlkə yeni mövsümə indi başlasınlar?

İngiltərə Premyer Liqasında “Liverpul”un çempion olacağına kimsə übhə etmir.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 25-ci turunda “Liverpul”un ən yaxın izləyicisi “Mançester Siti” “Tottnhem”ə məğlub olub – 0:2.

“Siti”nin bu məğlubiyyətindən sonra “Liverpul”la xal fərqi 22-yə yüksəlib. Artıq bütün mütəxəssislər “Liverpul”un çempion olacağını əminliklə iddia edirlər.

İngiltərə yığmasının sabiq üzvü Qari Lineker bu məsələyə yumor hissi ilə yanaşaraq, belə münasibət bildirib: “Bəlkə yeni mövsümə elə indidən başlayaq?”

“Liverpul” 25 turdan sonra 73 xal toplayıb. Çempionluğu təmin etmək üçün komandaya sonrakı 13 turda 17 xal lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM