“Mançester Yunayted” transfer pəncərəsinin son günündə heyətini hücumçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” Çinin “Şanxay Şenxua” klubundan Odion İqalonu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı forvard mövsümün sonunadək “Mançester Yunayted”in formasını geyinəcək.
İqalo bunadək İngiltərə premyer Liqasında 3 il çıxış edib. O, 2014/2017-ci illərdə icarə əsasında "Uotford"un uğurları üçün çalışıb.

