“Barselona” indi də Villianı transfer etmək istəyir

30 Yanvar 2020 11:06 İngiltərə 744
“Barselona” indi də Villianı transfer etmək istəyir

"Barselona” “Çelsi”nin futbolçusu Villianı sıralarına qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sports” özünün “Twitter” səhifəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, “Barselona” 31 yaşlı futbolçu üçün 23,5 milyon avro ödəməyə hazırdır. Kataloniya klubu braziliyalı futbolçu ilə müqaviləni qış transfer pəncərəsi bağlanmadan öncə imzalamaq istəyir.

Bu mövsüm Villia klub səviyyəsində 30 matçda iştirak edib. Beş qol vurub və beş məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti bu yaya qədərdir.

Bundan əvvəl London klubunun indiki müqaviləni uzatmaq üçün braziliyalı ilə danışıqlara başladığı bildirilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti