“Liverpul”u məğlub edən tapılmır, tarix yazdı - VİDEO

30 Yanvar 2020 09:42 İngiltərə 1 263
“Liverpul”u məğlub edən tapılmır, tarix yazdı - VİDEO

İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, lider "Liverpul" səfərdə "Vest Hem"ə 2:0 hesabı ilə qalib gəlib.

"Qırmızılar" 24 oyunun 23-də qalib gəlib, 1-də heç-heçə edib. Yurgen Kloppun rəhbərlik etdiyi komanda 70 xalla çempionatın turnir cədvəlində 1-cidir. Mersisaydlılar ən yaxın izləyicisi "Mançester Siti"ni 19 xal qabaqlayır.

"Vest Hem" - "Liverpul" 0:2

Qollar: Məhəmməd Salah, 35 (pen.), Aleks Oksleyd-Çemberleyn, 52

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti