Danimarkalı Kristian Erikseni "İnter"ə satan və kapitan Harri Keynin zədəyə görə xidmətlərindən məhrum olan “Tottenhem” 2 futbolçunun transfer hüququna eyni gündə yiyələnib.
Sportinfo.az xəbər verir ki, Joze Mourinyonun komandası 2019-cu ilin yayında “Betis”dən icarəyə götürdüyü Covani Lo Çelsonun transfer hüququnu və PSV-dən Stiven Berqvini alıb. Hər iki futbolçu ilə 2025-ci ilə qədər müqavilə bağlanıb.
PSV-nin heyətində 16 oyun keçirən Berqvin 5 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Lo Çelso isə London klubunda 20 görüşə 2 dəfə fərqlənib.

