Transfer hüquqlarını aldı

29 Yanvar 2020 00:28 İngiltərə 1 090
Transfer hüquqlarını aldı

Kristian Erikseni Milan “İnter”inə satan “Tottenhem” bu boşluğu doldurmaq üçün “Betis”dən icarəyə götürdüyü Covani Lo Çelsonu birdəfəlik transfer etməyə qərar verib.

Sportinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Argentina millisinin üzvü İspaniya təmsilçisindən mövsümün sonuna kimi icarəyə götürülmüşdü. Lakin icarə müqaviləsində satınalma şərti də olduğundan, “Tottenhem” rəhbərliyi 23 yaşlı futbolçunun transfer hüquqlarını elə indidən almağa üstünlük veriblər.

Erikseni 20 milyon avroya satan londonlular, Lo Çelsoya görə “Betis”ə 32 milyon avro ödəyiblər. Argentinalı yarımmüdafiəçi “Tottenhem”lə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

“Betis”ə 2019-cu ilin yayında transfer olunan Lo Çelso daha öncə yetirməsi olduğu Argentinanın “Rosario Sentral” və Fransanın PSJ klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!