Premyer Liqa klubu Fernandinyo ilə müqavilə imzaladı

28 Yanvar 2020 23:20 İngiltərə 742
Premyer Liqa klubu Fernandinyo ilə müqavilə imzaladı

“Mançester Siti” braziliyalı futbolçusu Fernandinyonu daha bir mövsüm komandada saxlamağa qərar verib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu klubu ilə yeni 1 illik müqavilə imzalayıb.

Həm müdafiə, həm də yarımmüdafiə xəttində etibarlı oyunu ilə diqqət çəkən braziliyalının əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcəkdi. Amma klub təcrübəli oyunçunun xidmətindən növbəti mövsümdə də yararlanmaq istəyir.

Fernandinyo ölkəsində “Atletiko” (Paranaense) və Ukraynada “Şaxtyor” (Donetsk) klublarının formasını geyindikdən sonra 2013-cü ildə “Mançester Siti”yə transfer olunub.

O, bu komandanın heyətində 299 rəsmi oyuna çıxıb. Braziliyalı oyunçu şəhərlilərlə 3 dəfə İngiltərə çempionu olub, 4 dəfə Liqa Kubokunun qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!