"Xəbər olacaq, amma bunun nə vaxt baş verəcəyini bilmirəm"

26 Yanvar 2020 00:14 İngiltərə 934
"Xəbər olacaq, amma bunun nə vaxt baş verəcəyini bilmirəm"

"Mançester Yunayted" "Sportinq"in ulduzu Brunu Fernandeşin transferinini bitirə bilmir.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" lissabonlularla 55 milyon funt-sterlinq qarşılığında transferin həlli üçün anlaşma əldə etmişdi.

Daha sonra Portuqaliya klubu 68 milyon funt-sterlinq tələb edib. Mançester təmsilçisi bu səbəbdən masadan qalxmağa qərar verib.

Futbolçunun agenti Jorje Mendeş məsələ ilə bağlı açıqlama verib: "Fernandeşlə bağlı xəbərlər olacaq, amma bunun nə vaxt baş verəcəyini bilmirəm. İndi və ya mövsümün sonunda dəyişiklik ola bilər".

Lissabon klubu 25 yaşlı yarımmüdafiəçini 2017-ci ildə "Sampdoriya"dan 9,69 milyon avroya transfer etmişdi. Portuqaliyalı futbolçu bu müddət ərzində "Sportinq"də kapitanlığa qədər yüksəlib və komandada 132 oyuna 62 qol vurub, 42 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM