"Özümüzü yenilməz hiss edə bilmərik"

25 Yanvar 2020 21:40 İngiltərə 877
"Özümüzü yenilməz hiss edə bilmərik"

"Liverpul"un futbolçusu Vircil van Deyk komandasının durumu haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandada vəziyyət yaxşı olsa da, arxayınlaşmamalı olduqlarını deyib:

"Özümüzü yenilməz hiss edə bilmərik. Hər şey ola bilər. "Vulverhempton"la matçda (2:1) çətinlik çəkdik. Onlar 2-ci qolu vura bilərdilər.

Çox işləməyə davam etməliyik. Biz yalnız irəliləməyə çalışırıq. Nəhayət işlər yaxşı gedir. Hər kəs özünü yaxşı hiss edir".

"Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 67 xalla liderdir. "Mançester Siti" 51 xalla 2-ci, "Lester" isə 48-xalla 3-cü yeri tutur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti