"O, dəli kimi mübarizə apardı"

25 Yanvar 2020 11:20 İngiltərə 538
"O, dəli kimi mübarizə apardı"

"Liverpul"un baş məşqçisi Yürgen Klopp yeni transferləri Takumi Minaminonun İngiltərə Premyer Liqasının 24-cü turunda "Vulverhemptan"la matçdakı (2:1) çıxışı şərh edib.

Sportinfo.az xəbər verir ki, o, ölkə çempionatında ilk dəfə oynayan yapon yarımmüdafiəçi ilə bağlı deyib:

"O, gözlədiyimizdən də yaxşı oynadı.Ötən gecə Takumi üçün böyük bir addım oldu. Sən yeni oyunçusan və bu cür döyüşə daxil olursan.

Mən təkcə bacarıqları deyil, xarakteri də nəzərdə tuturam. O, dəli kimi mübarizə apardı, çoxlu epizodda iştirak etdi. Onun üçün super başlanğıc idi".

24 yaşlı T.Minamino 33-cü dəqiqədə Sadio Manenin əvəzinə meydana daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti