Premyer Liqa təmsilçisinin 120 milyonluq transfer planı

24 Yanvar 2020 01:24 İngiltərə 979
Premyer Liqa təmsilçisinin 120 milyonluq transfer planı

İngiltərədə rekordları alt-üst edən "Liverpul" transferlərə də diqqət ayırır.

Sportinfo.az xəbər verir ki, "qırmızılar" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi transfer etmək istəyir.

Mersisaydlıların Leverkuzen klubuna 120 milyon avro təklif etməyi planlaşdırdığı iddia edilir. "Mançester Yunayted", "Bayern", "Barselona" kimi klubların hədəfində olan Havertsin mövsümün sonunda "Bayer"dən ayrılacağı gözlənilir.

20 yaşlı futbolçu 11 yaşından "Bayer"in yetirməsidir. O, 2018-ci ildən Almaniya millisinə dəvət alır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM