"Qrup birincisi olmaq üçün Azərbaycan millisini məğlub etmək istəyirik"

16 Noyabr 2023 12:40 Milli komanda 1 351
"Qrup birincisi olmaq üçün Azərbaycan millisini məğlub etmək istəyirik"

"Qrupu birinci pillədə başa vurmaq üçün qalib gəlmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Artur Vermeren AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Serbiyanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verən 18 yaşlı yarımmüdafiəçi qalibiyyətin özünəinam baxımından vacib olduğunu vurğulayıb:

"Bu, bazar günü Azərbaycanla qarşılaşma üçün yaxşı hazırlıq idi".

Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti