“Liverpul” ulduz futbolçu almır, onu yaradır”

15 Yanvar 2020 11:48 İngiltərə 1 064
“Liverpul” ulduz futbolçu almır, onu yaradır”

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager Mersisayd klubu ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı veteran “qırmızılar”ın transfer məsələləri ilə bağlı bunları deyib:

“Məsələ sadəcə, “Liverpul”un başqalarının görə bilmədiyi keyfiyyətlərə malik futbolçuları transfer edə bilməsi deyil. Endi Robertsonu “Hall Siti”dən, Corcinyo Veynaldumu “Nyukasl”dan transfer etdilər.

Məhəmməd Salah “Çelsi”də oynayırdı. “Liverpul” yalnız ən yaxşı klublara gedib, futbolçu almır. Futbolçunu transfer edə bilərsiz, amma onlarla işləmək daha vacib məsələdir.

Bəzən bu barədə unuduruq. Gətirdiyin futbolçunu daha yaxşı etməlisən. “Liverpul” ulduz futbolçu almır, onu yaradır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti