Mourinyo ilk transferini "Benfika"dan edir

14 Yanvar 2020 01:38 İngiltərə 624
Mourinyo ilk transferini "Benfika"dan edir

"Tottenhem" "Benfika"nın yarımmüdafiəçisi Jedson Fernandeşin transferini açıqlamağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, London klubu klub və futbolçu ilə anlaşma əldə edib.

21 yaşlı futbolçu Premyer Liqa təmsilçisində 1,5 illik icarə əsasında çıxış edəcək. Fernandeşin satın alma qiyməti 65 milyon avro təyin edilib.

Keçid rəsmiləşdikdən sonra bu, Joze Mourinyonun "Tottenhem"də ilk transferi olacaq. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon klubunda 13 oyuna 1 assist edib. Fernandeş "Benfika"nın yetirməsidir.

Digər Xəbərlər
Xəbər Lenti