Hakimləri lağa qoydu: "Çay içdikləri üçün "qırmızı"nı görmədilər"

12 Yanvar 2020 12:02 İngiltərə 541
Hakimləri lağa qoydu: "Çay içdikləri üçün "qırmızı"nı görmədilər"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 22-ci turunda "Liverpul"a uduzduqları oyundan sonra VAR hakimlərini tənqid edib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları görüşün 66-cı dəqiqəsində rəqib oyunçu Robertsona futbolçusu Davinson Sançesə etdiyi hərəkətə görə qırmızı vərəqə göstərməli olduğunu deyib:

"Liverpul" şanslı idi. Oyunu 10 futbolçu ilə bitirə bilərdilər. Ancaq VAR hakimləri həmin anda çay içdikləri üçün Robertsonun qırmızı vərəqəsini görmədilər".

Digər Xəbərlər
Xəbər Lenti