Klopp Sulşerlə Pirsonu qabaqlayıb ən yaxşı oldu

10 Yanvar 2020 18:18 İngiltərə 489
Klopp Sulşerlə Pirsonu qabaqlayıb ən yaxşı oldu

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın vahid lideri “Liverpul”un baş məşqçisi Yürgen Klopp qalib adını qazanıb.

53 yaşlı alman mütəxəssis "Mançester Yunayted"li həmkarı Ole Qunnar-Sulşer və "Uotford"un çalışdırıcısı Naycel Pirsonu qabaqlayıb.

"Qırmızılar" dekabrda Premyer Liqada keçirdiyi 5 oyunun hamısında qələbə qazanıblar. Bu, Kloppun 4-cü belə uğuru olub.

Digər Xəbərlər
Xəbər Lenti