"Əslində bu gecə istədiyim... Risk etdik, qarşılığını gördük"

6 Yanvar 2020 13:30 İngiltərə 1 165
"Əslində bu gecə istədiyim... Risk etdik, qarşılığını gördük"

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə liqa kubokunda 1/32 finalında "Everton"a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, meydanda çoxluq təşkil edən gənc futbolçularının oyununu bəyəndiyini deyib:

"Onlar cəsarətli futbol oynadılar. Həm gənc, həm də təcrübəli oyunçular möhtəşəm çıxış etdilər. Adam Lallana əla oynadı. Co Qomes bəlkə də karyerasında ilk dəfə müdafiəyə nəzarət etdi.

Kertis Cons isə fantastik oynadı və fantastik qol vurdu. Kim daha artığını istəyə bilər ki? Əslində bu gecə istədiyim nəticə bərabərlik idi. Risk etdik, ancaq qarşılığını gördük".

Digər Xəbərlər
Xəbər Lenti