"Liverpul" bu gün dünyanın ən yaxşı komandasıdır"

4 Yanvar 2020 23:50 İngiltərə 511
"Liverpul" bu gün dünyanın ən yaxşı komandasıdır"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo istədiyi komandanı qurmaq üçün zamana ehtiyacı olduğunu düşünür.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Yürgen Kloppun "Liverpul"dakı işini nümunə gətirərək fikrini izah edib:

"Liverpul" bu gün dünyanın ən yaxşı komandasıdır. Mən "Google" axtarış sisteminin köməyindən istifadə etdim və əmin oldum ki, Klopp 2015-ci ilin oktyabrından klubu çalışdırır, indi isə 2020-ci ildir.

O, vaxtdan artıq 8 transfer pəncərəsi keçib. Ən vacibi isə Klopp öz fəlsəfəsi və metodlarından istifadə etməyə vaxt tapdı.

Onlar addımbaaddım işləyirdilər və bu fantastik işlər belə gözəl nəticələri gətirdi. Klopp "Liverpul"dakı 1-ci mövsümünü neçənci bitirdi? Səkkizinci! Dörd ilsonra isə "Liverpul" dünyannın ən yaxşı komandasıdır".

Digər Xəbərlər
Xəbər Lenti