"Yuventus"un futbolçusu ilə danışıqlara başladı - Premyer Liqa klubu

13 Aprel 00:20 İngiltərə 425
"Yuventus"un futbolçusu ilə danışıqlara başladı - Premyer Liqa klubu

"Yuventus"un futbolçusu Adrien Rabyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Mançester Yunayted" və "Nyukasl" yayda İtaliya klubu ilə müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Hər iki klub mövsümün sonunda azad agent statusunda olacaq təcrübəli oyunçunun heyətinə qatmaqda maraqlıdır. Premyer Liqa təmsilçiləri artıq futbolçu ilə danışıqlara başlayıb.

Adrien Rabyo 2019-cu ilin yayından "Yuventus"da çıxış edir. Fransa millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU