Serbiya millisinin qapıçısı ilə danışıqlara başladı - Premyer Liqa mənsubu

6 May 2025 22:00 İngiltərə 914
Serbiya millisinin qapıçısı ilə danışıqlara başladı - Premyer Liqa mənsubu

“Mançester Yunayted” qapıçısı Andre Onanaya əvəzləyici axtarışlarını davam etdirir.

Kamerunlu qolkiper mövsüm ərzində bir sıra kobud səhvlərə yol verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın növbəti namizədi Serbiya millisinin və “Torino”nun qapıçısı Vanya Milinkoviç-Saviçdir.

Artıq tərəflər arasında ilk danışıqlar aparılıb.

Serbiyalı qolkiper bu mövsüm bütün yarışlarda 36 oyun keçirib, 39 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlaya bilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti