
“Brentford”un hücumçusu Bryan Mbeumo “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb.
“Qırmızı şeytanlar” 25 yaşlı futbolçu üçün yay transfer dönəmində mübarizəyə qoşulmağı planlaşdırır. Müqavilənin ümumi məbləği 70,2 milyon avro ola bilər.
Kamerunlu forvard cari mövsümdə 39 qarşılaşmada iştirak edərək 18 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun “Brentford”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.