“Təqaüdə çıxacam, ya yox, bilmirəm, amma mütləq ara vermək istəyirəm”

01:40 İngiltərə 70
“Təqaüdə çıxacam, ya yox, bilmirəm, amma mütləq ara vermək istəyirəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, “şəhərlilər”lə müqaviləsi başa çatdıqdan sonra karyerasında fasilə verəcək.

Sportinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis deyib:

“İstəyirəm ki, insanlar məni necə yadda saxlamaq istəyirlərsə, elə də xatırlasınlar. Müqaviləm bitdikdən sonra fasilə götürmək niyyətindəyəm.

Buna əminəm. Təqaüdə çıxacam, ya yox – bilmirəm, amma mütləq ara vermək istəyirəm.

Bütün məşqçilər qalib gəlmək və arxada nəsə yadda qalan bir şey buraxmaq istəyir.

Düşünürəm ki, “Barselona”, “Bavariya” və “Mançester Siti” azarkeşləri komandalarımın oyununu izləməkdən zövq alıblar”.

Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti