
“Bayer”in (Leverkuzen) mərkəz hücumçusu Patrik Şik gələn mövsüm üçün “Mançester Yunayted”in transfer hədəfidir.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, İngiltərə klubu artıq çexiyalı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb. Forvardın transfer dəyəri 25-30 milyon avro qiymətləndirilir.
Şikin Leverkuzen klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. O, Almaniya Bundesliqasının cari mövsümündə 28 oyun keçirib və 19 qol vurub.
“Mançester Yunayted” bu mövsüm Premyer Liqada uğursuz çıxış edir. “Qırmızı şeytanlar” 34 turdan sonra turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.