Dəyəri 46 milyon avro olan hücumçuya göz dikib - Premyer Liqanın adlı-sanlı iştirakçısı

23 Aprel 12:00 İngiltərə 280
Dəyəri 46 milyon avro olan hücumçuya göz dikib - Premyer Liqanın adlı-sanlı iştirakçısı

“İpsviç”in hücumçusu Liam Delap özünü Premyer Liqanın başqa klubunda sınaya bilər.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 22 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

“Qırmızı şeytanlar” yayda Delapı almağa çalışacaq. Komandaya hücumçu mövqeyi üçün onun namizədliyi prioritetdir. Potensial müqavilənin dəyəri 46 milyon avro ola bilər.

İngiltərəli futbolçu bu mövsüm Premyer Liqada 32 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “İpsviç”lə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!