Bu komandanın oyunçularının səviyyəsi yoxdur - O, belə deyir

15 Aprel 00:00 İngiltərə 288
Bu komandanın oyunçularının səviyyəsi yoxdur - O, belə deyir

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill komandanın son nəticələrini şərh edib.

Sportinfo.az “NBC Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş müdafiəçi bunun həqiqətən də acınacaqlı vəziyyət olduğunu bildirib:

“Məsələ burasındadır ki, bu, çox yaxşı komanda deyil. “Mançester Yunayted”in ən böyük problemi oyunçularının hər şeyini ortaya qoymamasıdır.

Bruno Fernandes və Amad Diallo istisna olmaqla, onlar sadəcə, komandaya lazım olan səviyyədən və keyfiyyətdən aşağıdırlar.

Bu, həqiqətən də acınacaqlı vəziyyətdir. Onların hazırda yaxşı olmayan oyunçuları var və orta qabiliyyətə sahibdirlər”.

Ruben Amorimin komandası İngiltərə çempionatının 32-ci turunun “Nyukasl”la görüşündə 1:4 hesabı ilə məğlub olub. Komanda hazırda 38 xalla Premyer Liqanın turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti