"Mən başa düşmürəm ki, işin bu nöqtəyə gəlməsinə necə icazə verdilər"

4 Aprel 2025 01:40 İngiltərə 715
"Mən başa düşmürəm ki, işin bu nöqtəyə gəlməsinə necə icazə verdilər"

“Arsenal”ın sabiq futbolçusu Pol Merson “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun “Real”a potensial transferi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, klubun işin bu nöqtəyə gəlməsinə necə icazə verdiyini başa düşmür:

“Liverpul”un Trentlə müqavilə vəziyyətini həll etmək üçün çox vaxtı var. Mən başa düşmürəm ki, işin bu nöqtəyə gəlməsinə necə icazə verdilər.

Trent gedəcək, çünki bu, “Real”dır. Mən bundan imtina edəcək çox futbolçunun adını çəkə bilmərəm”.

Aleksander-Arnold 2016-cı ildən “Liverpul”da çıxış edir. Tərəflər arasındakı müqavilə bu yay başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti