Yaxın vaxtlarda baş məşqçi vəzifəsindən istefaya göndəriləcək?

6 Yanvar 2025 15:40 İngiltərə 683
Yaxın vaxtlarda baş məşqçi vəzifəsindən istefaya göndəriləcək?

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu yaxın vaxtlarda istefaya göndərilməyəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub avstraliyalı çalışdırıcıya tam etibar etməkdə davam edir.

“Tottenhem” Premyer Liqada keçirdiyi son 4 matçdan cəmi 1 xal toplayıb. Komanda şənbə günü evdə “Nyukasl”a uduzaraq (1:2), növbəti məğlubiyyətini alıb.

Postekoqlunun komandası 20 turdan sonra 24 xalla İngiltərə çempionatının turnir cədvəlində 12-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti