20 yaşlı müdafiəçi Premyer Liqanın iddialı klubunun TRANSFER SİYAHISINDA

4 Yanvar 2025 13:10 İngiltərə 1 256
20 yaşlı müdafiəçi Premyer Liqanın iddialı klubunun TRANSFER SİYAHISINDA

“Mançester Siti” Özbəkistan millisinin və “Lans”ın müdafiəçisi Abdukodir Xusanova maraq göstərir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” özbək futbolçunu yanvarda potensial transferlər siyahısına daxil edib.

O da qeyd olunur ki, bir sıra digər top-klublar da Xusanova maraq göstərir.

Xusanov 2023-cü ildən “Lans”da çıxış edir. Onun bu klubla müqaviləsi 2027-ci ilə qədərdir.

20 yaşlı müdafiəçi bu mövsüm “Lans”ın heyətində bütün turnirlərdə 16 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti