Braziliyalı Ronaldonun komanda yoldaşı olacaq?

1 Yanvar 2025 00:20 İngiltərə 703
Braziliyalı Ronaldonun komanda yoldaşı olacaq?

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Əl-Nəsr” maraqlanır.

Klub rəhbərliyi yarımmüdafiəçinin Kriştiano Ronaldo ilə yaxşı münasibətinin olduğunu bilir və bu da transfer ehtimalını daha artırır.

Bildirilir ki, futbolçu özü də “Əl-Nəsr”ə keçməyə müsbət yanaşır.

Bu mövsüm Kazemiro bütün turnirlərdə 22 matça çıxıb, 3 qol vurub. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, Kazemiro və Ronaldo “Real” və “Mançester Yunayted” komanda yoldaşı olublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti