COP29

Səudiyyə Ərəbistanı klubuna keçməkdən imtina etdi - Razı sala bilmədilər

16 İyun 00:20 İngiltərə 411
Səudiyyə Ərəbistanı klubuna keçməkdən imtina etdi - Razı sala bilmədilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Alissonu heyətinə qatmağı planlaşdırır.

Sportinfo.az "The Mirror"a istinadən xəbər verir ki, "Liverpul"un qolkiperi ərəblərin marağına baxmayaraq, İngiltərədə qalmağı seçəcək.

O, öz agentinə də bu barədə məlumat verib. Səudiyyəlilər 31 yaşlı qolkiper üçün təklif irəli sürüblər, amma braziliyalını razı sala bilməyiblər.

Braziliya millisinin qapıçısı "İnternasyonal" və "Roma"da oynadıqdan sonra 2018-ci ildə "Liverpul"a keçib.

Alisson 2027-ci il iyunun 30-na qədər İngiltərə klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti