COP29

"Onlar böyük məbləğdə pul alırlar və özlərini rahat hiss edirlər"

30 Aprel 18:20 İngiltərə 275
"Onlar böyük məbləğdə pul alırlar və özlərini rahat hiss edirlər"

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill “Çelsi” klubunun rəhbərliyini futbolçularla uzunmüddətli müqavilələrə görə tənqid edib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis uzunmüddətli müqavilələrdə məna görmədiyini bildirib:

“8 illik müqavilələr hər cəhətdən pisdir. Mən bunda məna görmürəm.

Bunu gənc futbolçularla etmək olmaz. Onlar böyük məbləğdə pul alırlar və özlərini rahat hiss edirlər.

Çünki əllərində çox uzun bir razılaşma var. Bu, gənclər üçün problemdir, onların təfəkkürünə təsir edir”.

“Çelsi” İngiltərə çempionatının 35 turundan sonra turnir cədvəlində 9-cu yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti